Aprelin 10-da Şirvan şəhər Mərkəzi kitabxanasında yerli yazar, “Şərqin səsi” qəzetinin müxbiri, 18 saylı tam orta məktəbin müəllimi Alik Rzayevin “Tikdim ki, izim qala...” kitabının təqdimatı keçirilib. Kitabxananın direktoru İltifat Nəbiyev kitabın Şirvan şəhərinin görkəmli ziyalıları haqqında dəyərli nəşr olduğunu vurğulayıb. Kitabxananın əməkdaşları Vəzifə Xuduyeva, Kəmalə İsayeva, Alma Cəfərova, şair-publisist Nurlan Qədimov, uşaq gənclər idman məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəzağa Qarayev çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Tədbirdə müəllifin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar