“RUH” Jurnalistləri Müdafiə Komitəsi “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək və 2015-ci ilin aprel-iyul aylarını əhatə edəcək.
Layihədə ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaq, onların jurnalistika fakültələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaq başlıca hədəf kimi seçilib. Bunun üçün Bakı ilə yanaşı, Gəncədə, Mingəçevirdə, Quba və digər bölgələrdəki ali məktəblərdə görüşlərin təşkili planlaşdırılıb. Eyni zamanda tələbələr arasında jurnalistika ilə bağlı sorğunun keçirilməsi nəzərdə tutulur.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar