Aprelin 21-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin R.Behbudov adına Dövlət Mahnı Teatrında rəsm sərgisi və konsert proqramı keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Şamaxı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Bakı şəhəri T.Quliyev adına 12 saylı 11 illik uşaq musiqi məktəbinin müəllim heyəti də iştirak edib.
Yüksək səviyyədə keçən sərgi və konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində gənc istedadların fəaliyyəti üçün hər cür şərait yaradılıb. 2013-cü ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin yeni binasının açılışı keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar