Aprelin 21-də Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Xatirə gecəsi şairin həyat və fəaliyyətini əks etdirən foto-slaydın nümayişi və müəllifin öz dilindən “Axı dünya fırlanır” şeirinin səsləndirilməsi ilə başlanıb.
MKS-nin şöbə müdiri Rübabə Zahirova söz ustadının yaradıcılığı haqqında danışıb. Muğam ifaçısı Telli Eyyubova şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib. Şəhər 5 nömrəli və Çiləgir kənd tam orta məktəblərin şagirdlərinin ifasında “Gülüstan” və “Muğam” poemalarından parçalar, 4 saylı məktəbin müəllimi Solmaz Hacıbalayeva, Balaqusar kənd orta məktəbinin müəllimi Ceyhun Ağabəyov, yerli yazarlardan Müzəffər Sakit və Məhbubə Ağayevanın ifasında şairin şeirləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar