Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında tanınmış şair, yazıçı-dramaturq Xanımana Əlibəylinin 95 illik yubileyinə həsr edilmiş “Uşaqların şəfqətli ədibi” adlı ədəbiyyat saatı təşkil olunub.
Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova, 12 saylı orta məktəbin ibtidai sinif müəlliməsi İlhamə Axundzadə çıxış edərək Xanımana Əlibəylinin həyat yolundan və yaradıcılığından söz açıblar. Qeyd olunub ki, balalarımızın arzu və düşüncələrini əks etdirən müəllifin “Balaca həkim”, “Dovşanın ad günü”, “Meşə həkimi”, “İşləməyən dişləməz”, “Məni günəşə at”, “Ləpələrin nağılı” və s. kitablarında yer alan əsərləri uşaq ədəbiyyatı sahəsində yorulmaq bilmədən göstərdiyi səmərəli fəaliyyətin nəticəsidir.
Onun əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət kimi çox gərəkli duyğular aşılayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar