İmişli rayon Mədəniyyət sarayında hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, jurnalist Şəmistan Əlizamanlı ilə gənclərin görüşü keçirildi. Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbiri şöbə müdiri Ramiz Əmirov açaraq belə tədbirlərin məktəblilərin həyatında, vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını bildirdi. Şəmistan Əlizamanlı tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Ordusunun Qarabağda göstərdiyi şücaətdən danışdı. İşğal olunmuş torpaqlarımızın ordumuz tərəfindən azad ediləcəyinə əmin olduğunu bildirdi. Müğənninin ifasında “Cənab leytenant”, “İgid əsgər”, “Sıravi Əhməd”, “Vətən əmanəti”, “Can, can, can Azərbaycan” və digər mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Abbas Quliyev,
İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar