Mayın 15-də Ağdaş rayon Mərkəzi kitabxanasında 15 may - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə kiçik bir dövlətdir, ailənin cəmiyyətdə rolu" adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev ailənin cəmiyyətdə rolundan söz açıb. Gənclər kitabxanasının işçisi Şəfa Zəkəriyyəyeva “Sağlam ailə möhkəm cəmiyyətin təməlidir“ adlı məruzə ilə çıxış edib. Sonda ailə tərbiyəsi haqqında videoçarx nümayiş etdirilib.

* * *
Mayın 14-də Ağstafa rayon Mərkəzi kitabxanasında Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbirə uzun illər bir yerdə ömür sürmüş Hüseynovlar və Rəhimovlar ailəsi, həmçinin gənc ailə Əzizovlar dəvət olunublar. MKS-nin direktoru İ.Namazova əlamətdar günün təsis olunmasından, dövlətin ailəyə qayğısından danışıb. Görüşdə Hüseynovlar ailəsindən olan balaca Almazın və ailə başçısı aşıq Hüseynin ifasında aşıq havaları səsləndirilib. Sonda MKS-nin direktoru qonaqlara hədiyyələr təqdim edib.

* * *
Mayın 15-də Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin (Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşir) konsert zalında Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Məktəbin foyesində MKS-nin əməkdaşları tərəfindən kitab sərgisi təşkil edilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri G.Həsənov, İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxış ediblər. Sonda musiqi məktəbləri kollektivinin ifasında konsert proqramı təqdim olunub.

* * *
15 may - Beynəlxalq Ailə Günü ilə bağlı paytaxtın Pirallahı rayonundakı 14 nömrəli uşaq musiqi məktəbində tədbir keçirilib. Tədbirdə valideynlər, şagirdlər və müəllimlər iştirak ediblər. Məktəbin direktoru əlamətdar gün münasibətilə valideynləri təbrik edib.
Sonra söz musiqiyə verilib. Məktəbin fortepiano şöbəsinin şagirdləri İlkanə Həsənova, Əminə Sultanova, Nərgiz Musayeva görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov və Pyotr Çaykovskinin musiqilərindən nümunələr ifa ediblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar