18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Qax Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” elan olunub, “Muzeylər və sabit cəmiyyətin inkişafı” adlı tədbir keçirilib. Qeyd edilib ki, muzeylər təhsilin və mədəniyyətin mənbəyidir və cəmiyyətin inkişafında əsas rol oynayır. Mədəni irsin qorunduğu məkan kimi muzeylərin əhəmiyyəti böyükdür. Üç gün davam edən “açıq qapı” aksiyasında muzeyə minə yaxın ziyarətçi gəlib.
* * *
Beynəlxalq Muzeylər Günü ilə bağlı 16-18 may tarixində Lənkəranda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində və Həzi Aslanovun ev-muzeyində "Muzeylər gecəsi" aksiyası keçirilib. Azərbaycanda muzey işi və muzey quruculuğunda Heydər Əliyevin rolu mövzusunda mühazirə oxunub. Tarix-diyarşünaslıq muzeyində “Lənkəranın maddi mədəni nümunələri” mövzusunda mühazirə təqdim olunub.
* * *
Beynəlxalq Muzeylər Günü münasibətilə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində xalçaçılıq sənətinə həsr olunmuş “Yüzilliklərin hikmətini yaşadan xalçalar” adlı ədəbi-bədii gecə keçirilib. Muzeyin qarşısında xalçaçılıq məmulatlarından ibarət sərgi təşkil edilib. Üç gün müddətində məktəblilərin, rayon sakinlərinin, əcnəbi turistlərin muzeyə pulsuz baxışı təmin olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar