Peşəkar kulinar, şair-publisist Cabir Xəlifəzadənin (Hacı Cabir) 80 illiyi iyunun 2-də doğulub boya-başa çatdığı Şəki şəhərində qeyd olunub. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən tədbir iştirakçıları əvvəlcə Cabir Xəlifəzadənin müəllifi olduğu kitabların sərgisi ilə tanış olub, kulinarın həyat və fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.
Yubiley tədbirində ömrünün 60 ilini kulinariya sahəsinə həsr edən Cabir Xəlifəzadənin milli mətbəx mədəniyyətimizin qorunub saxlanılması, inkişaf və təbliğ etdirilməsi sahəsindəki xidmətlərindən ətraflı bəhs olunub. Vurğulanıb ki, o, tanınmış kulinar, peşəsinin mahir bilicisi olmaqla bərabər, elmi-kütləvi, bədii, eləcə də kulinariya və sağlamlıq məsələləri haqqında 20 kitabın müəllifidir.
Yubiley tədbirində Azərbaycan mətbəx mədəniyyətinin qorunub saxlanılması və təbliği sahəsindəki xidmətlərinə görə Cabir Xəlifəzadəyə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Yubilyar çıxış edərək şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Tədbir bədii proqramla başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar