1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açdı. Bu qayıdış, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi. Milli Məclisin 1997-ci il iyunun 27-də qəbul etdiyi qanunla 15 İyun Milli Qurtuluş Günü elan edildi. Əlamətdar gün hər il ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu il də bölgələrdə bu münasibətlə müxtəlif tədbirlər keçirilib.

Qazax rayon Mərkəzi kitabxanası Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin akt zalında Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nailə Əliyeva, MKS-nin Multimedia kitabxana filialının böyük kitabxanaçısı Hicranə Məmmədova, MKS-nin direktoru Solmaz Babanlı çıxış edərək Milli Qurtuluş Gününün tarixindən söz açıblar. Vurğulanıb ki, bu tarix Azərbaycanda ölüm-dirim mübarizəsindən qurtuluş tarixidir.
Tədbirin bədii hissəsində şəhər 2 saylı musiqi məktəbinin saz müəllimi Elvin Səfərovun şagirdlərinin ifaları səslənib. Sonda “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi” adlı sərgiyə baxış keçirildi.
* * *
Astara rayon Mərkəzi kitabxanasında təşkil olunan “Azərbaycanın müstəqilliyini reallaşdıran qayıdış” mövzusunda konfransda MKS-nin direktoru Tural Eyvazov, metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış ediblər. Qeyd olunub ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan xalqının xilas günü oldu. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Vüsal Babayev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, MKS-nin direktor müavini İlyas Məmmədovun da çıxışları dinlənilib.
* * *
Qubadlı rayon Mərkəzi kitabxanasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Kitabxananın direktoru Müşgünaz Muradova Azərbaycanın müstəqillik tarixindən, 90-cı illərin əvvəllərində ölkədəki hakimiyyət böhranından söz açıb. Bildirilib ki, Vətənin belə ağır günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. Digər çıxış edənlər o illərdə baş verən hadisələrə nəzər salaraq ulu öndərin xilaskarlıq missiyasından danışıblar.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “Xalqın xilaskar oğlu” adlı ədəbi-bədii gecə keçirilib. Kitabxananın direktoru İltifat Nəbiyev, kitabxananın əməkdaşları İlhamə İmanova, Nəsibə Təhməzova, Alma Cəfərova, Vəzufə Xuduyeva, Mehriban Novruzova və başqaları 1993-cü ildə xalqımızın özbaşınalıqdan, qardaş qırğınından xilas olmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar. Tədbirdə “15 İyun Milli Qurtuluş Günüdür” başlıqlı sərgi nümayiş etdirilib. Məktəblilər Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Goranboy rayon Mərkəzi kitabxanasında keçirilən konfransda MKS-nin direktoru Gülnarə Nəsibova, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsinin müdiri Aygün Əliyeva, oxu zalının müdiri Sevda Əliyeva, MKS-nin əməkdaşı Təzəgül Abbasova, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Nərmin Vəliyeva, İlqar Həsənov, şəhər 1 saylı sənətkarlıq evinin müdiri Nazilə Kazımova çıxış edərək ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar. Sonda tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunmuş sərgi ilə tanış olublar.
* * *
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Salyan rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə hazırladığı tədbirdə əlamətdar günün tarixinə nəzər salınıb, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkənin bəlalardan qurtulmasından bəhs ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar