Milli mətbuatımızın 140 illiyi ilə əlaqədar Masallıda jurnalistlər üçün infotur təşkil edilib. 20-dən çox kütləvi informasiya vasitələrinin nümayəndələri rayonun görməli yerləri, burada gedən tikinti-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
KİV-lərin təmsilçiləri iki gün ərzində rayonda inşa edilən musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Viləş çayının Masallı şəhərinin ərazisindən keçən 7 hektar ərazisində salınan park-bulvar kompleksi, Bayraq meydanı, rayonun kənd təsərrüfatı ilə tanış olublar.
Jurnalistlər Milli Qurtuluş Günü ilə bağlı Masallı şəhərindəki Heydər Əliyev Parkında təşkil olunmuş bayram konsertində də iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov jurnalistlərlə görüşündə bölgədə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Çıxışlarda milli mətbuatımızın 140 illik tarixindən, maarifpərvər ziyalıların fəaliyyətindən söhbət açılıb, bu gün dövlətimizin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar