İyunun 24-də Qazax şəhərində Qazax və Samux rayon musiqi məktəbləri kollektivlərinin görüşü keçirilib. Görüşdə Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamil Vəliyev, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Orucov, mədəniyyət işçiləri, məktəblərin direktor və müəllimləri iştirak edib.
Qonaqlar Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Qazax Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyləri ilə tanış olublar.
Ədəbiyyat Muzeyində musiqi məktəblərinin birgə konsert proqramı təqdim olunub. Bir-birini əvəz edən musiqi nömrələri tamaşaçıların gur alqışları ilə qarşılanıb.
İştirakçılar sonda Avey dağının şərq ətəklərində yerləşən Damcılı mağarasına baş çəkiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar