Qax rayonunda yerləşən qədim Kürmük məbədi əcdadlarımızın dini inanclarının rəmzi abidəsidir. Ölkəmizin şimal-qərb bölgəsində qorunan maddi-tarixi abidələr arasında Kürmük məbədi özünəməxsus yer tutur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Kürmük məbədi Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda dəyirmi masa keçirilib.
Tarix elmləri doktorları H.Verdiyeva, M.Paşayeva, tarix üzrə fəlsəfə doktorları M.Xəlilov, T.Əliyev, E.Vəliyev və digər çıxış edənlər Kürmük məbədinin Azərbaycan xalqının sələflərinin dini inanclarının politeizmdən monoteizmə keçid dövrünün abidəsi olduğunu bildiriblər. Qeyd olunub ki, ibtidai dinlərin ziyarətgahından xristian dini abidəsinə çevrilən Kürmük məbədi, Qafqazın qədim xristian kilsəsi olan alban apostol avtokefal kilsəsinin bir nümunəsi olaraq, eyni zamanda Azərbaycan xalqının uzaq keçmişdə yaşadığı politeist dinlərin də daşıyıcısı, “Selena” (Ay) məbədi olmaqla sinkretik bir abidədir. Kürmük məbədi Azərbaycan xalqının tarixi yaddaş abidəsi, maddi-mədəni irsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar