“Şəfəq” Ekoturizm İctimai Birliyi iyulun 4-də Astara rayonunun Pəlikəş bələdiyyəsinin Ağkörpü kəndində yerli əhali üçün məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd turizminin inkişafında bələdiyyə və yerli əhalinin fəallığının artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Astara Rayon İcra Hakimiyyəti və Pəlikəş bələdiyyəsinin təşkilati dəstəyi ilə reallaşıb. Görüşdə yerli gənclər, restoran xidməti göstərən sahibkarlar, kənd turizmi ilə məşğul olan ailələr iştirak edib.
İctimai birliyin sədri Vamiq Babayev layihənin məqsədləri, qarşıda duran vəzifələr və turizm haqqında ümumi məlumat verib. Yerli icra və bələdiyyə nümayəndələri Ağkörpü və Sım kəndində turizm imkanlarından, turizmin yerli əhaliyə faydalarından söhbət açıblar. Kənd turizminin mahiyyəti, yerli əhali üçün sosial-iqtisadi nəticələri barədə müzakirələr aparılıb.
Sonda iştirakçılara layihə çərçivəsində iyulun 25-28-də Lerik rayonunda keçirilməsi nəzərdə tutulan “Kənd evlərində turizm fəaliyyətinin təşkili” adlı üçgünlük təlim-təcrübə proqramının seçim mərhələsində iştirak etmək üçün ərizə formaları paylanılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar