Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən ilin oktyabr ayında Viləşçayın Masallı şəhəri ərazisindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi davam etdirilir.
Bu, Astara şəhərindən sonra cənub regionunda inşa edilən ikinci park-bulvar kompleksidir. Park-bulvar kompleksi ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrədək uzadılacaq.
Yeni istirahət mərkəzində bir sıra obyektlər, uşaq əyləncə mərkəzi, mini-futbol və voleybol meydançaları sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq. Viləşçayın bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə üç körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular quraşdırılacaq. İnsanlar qayıqla gəzintiyə də çıxa biləcək.
Park-bulvar kompleksinin 2016-cı ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar