Səyyar treninqdə Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının mədəniyyət işçiləri iştirak edirlər

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq kollegiya qərarlarının icrasını təmin etmək, habelə müxtəlif profilli mədəniyyət müəssisələrində çalışan əməkdaşlarının peşə səriştələrinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən mütəmadi olaraq yerlərdə qısamüddətli tətbiqi xarakterli seminarlar təşkil olunur.
Abidə mühafizəçiləri üçün nəzərdə tutulmuş növbəti treninq iyulun 13-də Lənkəran şəhərində başlanıb. İyulun 17-dək davam edəcək təlimlərə Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının mədəniyyət işçiləri cəlb olunublar.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində treninqlərin açılışı zamanı çıxış edən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirakçıları nazirliyin müvafiq kollegiya qərarı ilə tanış edərək qarşıda duran vəzifələr və treninqlərin ümumi məzmunu haqqında məlumat verib.
"Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri" adlanan treninqlərin səmərəliliyini təmin etmək üçün dinləyicilərə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən də mühazirələr oxunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin AMEA-nın aidiyyəti institutları ilə əməkdaşlığı daimi xarakter daşıyır və bununla da nazirlik mədəniyyət siyasətinin reallaşmasında elmin və elmi metodların iştirakını təmin edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar