Astara rayon Mərkəzi kitabxanasında tədbir keçirilib

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara rayon Mərkəzi kitabxanasında "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi haqqında dövlət başçısının müvafiq sərəncamına əsasən tədbir keçirildi.
Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov açdı. Şair Mehman Qaraxanoğlu “Müstəqil Azərbaycanımızı sevdirən dastan: “Dədə Qorqud” eposunda milli-mənəvi dəyərlərimizin kodları” mövzusunda mühazirə oxudu. Mühazirədə ölkə Prezidentinin sərəncamından irəli gələn vəzifələr və Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr, ulu öndər Heydər Əliyevin “milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Dədə Qorqud” eposu haqqında ətraflı məlumat verilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aqil Yaqub çıxışında qeyd etdi ki, "Kitabi-Dədə Qorqud" dastanının xalqımızın həyatında tutduğu yeri sözlə ifadə etmək çətindir. 200 il bundan öncə alman şərqşünası, Hötenin yaxın dostu Henrix Fridrix fon Dits özündə əlyazması olan "Kitabi-Dədə Qorqud" dastanından "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirib. Həmin kitaba yazdığı geniş ön sözdə dastanı yunan mifoloji mətnləri ilə müqayisə edib. Avropa yunan miflərini yaxşı tanıyırdı, amma "Kitabi-Dədə Qorqud"dan xəbərsiz idi. "Kitabi-Dədə Qorqud"un dünya elminə səyahəti məhz Fridrix fon Ditsdən sonra başladı.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının şöbə müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar