Bölgələrdə milli mətbuatın 140 illiyi ilə bağlı tədbirlər

22 iyul - Milli Mətbuat və Jurnalistika Günü və Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikasının 140 illiyi münasibətilə bölgələrdə müxtəlif tədbirlər, toplantılar keçirilir.

İyulun 21-də Lənkəran şəhər Mərkəzi kitabxanasında Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Validə Məmmədova açaraq Azərbaycanda mətbuata olan diqqət və qayğıdan danışıb, ölkə Prezidenti İlham Əliyevin media işçilərinin təltif olunması haqqında son sərəncamlarını diqqətə çatdırıb.
MKS-nin şöbə müdiri Xədicə Məmmədova və digər əməkdaşlar əlamətdar günün tarixi, müasir cəmiyyətimizdə mətbuatın rolu haqqında danışıblar.
* * *
Azərbaycan xalqının milli şüurunun, azadlıq ideyalarının formalaşmasında şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın müstəsna rolu və xidmətləri olub. Bu fikir milli mətbuatımızın 140 illiyi münasibətilə iyulun 21-də Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilib.
Zaqatalada və bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, rayonun rəhbər işçilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan milli mətbuatının keçdiyi yola qısa nəzər salıblar. Qeyd olunub ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
“Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, qocaman jurnalist Əli Süleymanov, “Yeni fikir” İctimai Birliyinin sədri Elmira Mehdiqızı və başqaları çıxış edərək, milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda media təmsilçilərinə mükafatlar təqdim olunub.
* * *
Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə Qax şəhərində elmi-praktik konfrans keçirilib.
Rayon rəsmiləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatının zəngin ənənələrindən ətraflı bəhs edilib. Çıxışlarda ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Qeyd olunub ki, 1931-ci ildən nəşr olunan “Şəlalə” qəzeti rayonun, eləcə də bölgənin sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasında yaxından iştirak edir. Qəzetin redaktoru Novruz Şabanov və başqaları çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığı üçün yaradılan hərtərəfli şəraitdən söz açıblar. Sonda qəzetin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
* * *
Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilən dəyirmi masa təşkil olunub.
Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli əsası “Əkinçi” qəzetinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi yoldan, müstəqillikdən sonra mətbuatımıza göstərilən dövlət qayğısından danışıb. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli sərəncamının məhz bu qayğının təzahürü olduğu vurğulanıb.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, şöbənin elmi işçisi Tofiq Abdullayev, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova məruzələrlə çıxış edərək, Həsən bəy Zərdabinin böyük çətinliklərlə ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin o vaxt Azərbaycan milli şüurunun formalaşmasında, ziyalıların bir araya gətirilməsində rolundan danışıblar.
* * *
22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Ağstafa şəhərində tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq mətbuat işçilərini təbrik edib.
Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatımız mühüm inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür.
Yazıçı-jurnalist Firdovsi Heydərli, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev və digərləri çıxış edərək, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
* * *
Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın Azərbaycan milli mətbuatının keçdiyi yoldan bəhs edən məruzəsi dinlənilib, çıxışlar olub. Qeyd edilib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti ölkəmizdə ictimai şüurun formalaşmasında, məfkurə saflığının, ümummilli dəyərlərin və məqsədlərin təbliğində, ədəbi dilin zənginləşməsində məktəb səviyyəsinə yüksəlib.
Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal nəşr olunur.
Yığıncağın sonunda mətbuatda səmərəli fəaliyyətinə görə və milli mətbuatımızın 140 illiyi münasibətilə bir neçə media mənsubuna rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
* * *
Şəmkirdə də milli mətbuatımızın 140 illiyi qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sahibə Qafarova və başqaları çıxış edərək, milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib, ölkədə azad mətbuatın inkişafı üçün görülən işlərdən danışıblar.
Çıxış edən mətbuat təmsilçiləri Azərbaycan mətbuatının keçdiyi yoldan, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışıblar.
Sonra buyaxınlarda Litvanın Şaulyay şəhərində keçirilən “Günəşin çiçəyi” adlı beynəlxalq festivalın laureatı olan Şəmkirin “Şəms” musiqi kollektivi geniş proqramla çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar