İyulun 22-də Quba rayon Mərkəzi kitabxanasının oxu zalında milli mətbuatımızın 140 illik yubileyi ilə əlaqədar kitabxananın və “Şəfəq“ qəzetinin birgə təşkilatçılığı ilə “Xalqın yoluna düşən əbədi işıq” adlı dəyirmi masa keçirilib.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov tədbiri açaraq mətbuatımızın keçdiyi yoldan danışıb, son illər bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.
Sonra “Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov bildirib ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri söz, mətbuat azadlığının təmin olunmasıdır. Azərbaycanda mətbuatın tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrildi. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan “Əkinçi” qəzeti ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı, maarifçi və demokratik ideyaların carçısı oldu.
B.Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanlı, kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova da çıxışlarında 140 yaşlı Azərbaycan mətbuatının keçdiyi yola, bu yolda həyata keçirilən böyük maarifçilik işindən bəhs ediblər.
Tədbirin sonunda “Milli mətbuatımız 140” adlı sərgiyə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar