Qazax rayonunun Kəmərli kəndində folklor evi təmirdən sonra istifadəyə verilib. Bununla əlaqədar iyulun 23-də rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən şöbə müdiri Valeh Vəliyev dövlətimizin mədəniyyət sahəsinə qayğısından söz açıb. Bildirib ki, Kəmərli kəndində folklor evinin təmirdən sonra yeni görkəm alması bu diqqət və qayğının təzahürüdür.
Kənd icra nümayəndəsi Səməd Orucov, MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova, folklor evinin müdiri Y.Mustafayeva, bədii rəhbəri İ.Əhmədova və digər çıxış edənlər mədəniyyət ocağının fəaliyyət istiqamətlərindən danışıblar. Yaradılan şəraitə görə minnətdarlıq ifadə olunub.
Tədbir Kəmərli kənd folklor evinin özfəaliyyət kollektivinin üzvləri aşıq Hüseyn, aşıq İnsafə Əhmədova və zurnaçılar dəstəsinin ifasında konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar