“Şəfəq” Ekoturizm İctimai Birliyi iyulun 26-28-də Lerik rayonunda “Kənd evlərində turizm fəaliyyətinin təşkili” adlı təlim-təcrübə proqramını həyata keçirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində reallaşan tədbirdə cənub bölgəsinin 4 rayonundan bələdiyyə nümayəndələri, kənd turizmi istiqamətində çalışan şəxslər iştirak edib.
“Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev cənub bölgəsinin kənd turizmi imkanlarından söhbət açıb.
“Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, təlimçi Qəhrəman Yusupov iştirakçılara turizm və kənd anlayışı, dünya turizm sənayesi, Azərbaycanın turizm regionları, turizmdə ətraf mühit və təhlükəsizlik məsələləri, kənd qonaq evlərinin təşkili, turun tərtib edilməsi, kənd turizmində marketinq məsələləri və digər mövzularda məlumatlar verib, müzakirələr aparılıb.
Təlimin sonuncu günü iştirakçılar üçün Lerik rayonunun Hamarmeşə kəndində kənd turizmi sahəsində təcrübə qazanmış və bu işlə çoxdan məşğul olan Elşən Məmmədov və Lerik rayonunun Peştətük kəndində yerləşən Ərəstun Həmdəmovun ev şəraitinə təcrübə mübadiləsi təşkil olunub. Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar