Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası aparılan tədqiqatlar barədə ilkin yekunları açıqlayıb. Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, aparılan tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində dörd təsərrüfat küpü, bir uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib. Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır.
Qeyd edək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kvadratmetrlik ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılan arxeoloji materialların İsrailin Veysman İnstitutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları bizim eradan əvvəl 5700-cü il hüdudlarına aiddir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar