Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirir.
Arxeoloji ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin sözlərinə görə, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda yeddi kurqan tədqiq edilib. Bizim eradan əvvəl III minilliyin sonu - II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığındakı Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkarlanıb. Daha çox Naxçıvanda və Urmiyaətrafı abidələrdə yayılmış bu tip keramika hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.
İnstitutdan bildirilib ki, Plovdağda tunc dövrünə aid insan qalıqları AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika beynəlxalq arxeoloji ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabet Nugent tərəfindən tədqiq edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar