2009-cu ildən fəaliyyət göstərən Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası bu ilin çöl-tədqiqat mövsümündə işini davam etdirib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, ekspedisiyanın əsas tədqiqat obyekti Tovuz rayonu ərazisindəki Göytəpə və Hacıəllamxanlı neolit dövrü qədim yaşayış məskənləridir.
Tədqiqat müddətində aşkarlanan nümunələrin dünyanın qabaqcıl elmi mərkəzlərindən olan Yaponiyanın Tokio Universitetinin laboratoriyalarında radiokarbon, paleontoloji və paleobotanik analizləri aparılıb.
Analizlərin nəticələrinə görə Hacıəlləmxanlı abidəsi Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni kimi səciyyələndirilib. Qədim yaşayış məskənlərinin əhalisinin iqtisadi və mədəni baxımdan həyat tərzi barədə təsəvvür yaradan və bu günədək elmə məlum olmayan biliklər toplanılıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin və Tokio Universitetinin professoru, Ön Asiya neoliti üzrə tanınmış mütəxəssis Yoşihiro Nişiyakinin birgə rəhbərlik etdikləri beynəlxalq arxeoloji ekspedisiya cari çöl - tədqiqat mövsümündə Hacıəlləmxanlı abidəsində işlərini yekunlaşdıraraq bölgənin digər neolit abidələrində tədqiqatlar başlamağı planlaşdırırlar.
Yaponiya ilə elmi əməkdaşlıq çərçivəsində Azərbaycan arxeoloqları gələn il Tokio Universitetinin nəzdində arxeoloji muzeyin yenilənən sərgisinin açılış mərasiminə dəvət alıblar. Muzeydə Azərbaycan arxeologiyasına həsr edilən xüsusi bölmə yaradılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar