Qubada və Ağsuda Xalq şairinin 90 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında Gənclər üçün Təhsil Mərkəzi ilə birgə “Azərbaycanın Bəxtiyarı” adlı tədbir keçirilib.
MKS-nin direktoru Saməddin Nəsirov, oxuculara xidmət şöbəsinin abonement bölmə müdiri Zəmirə İsgəndərova Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, bədii yaradıcılığa 1943-cü ildə başlayan Bəxtiyar Vahabzadə onlarla şeir kitabının, 20-dən artıq poemanın müəllifidir. Yazıçı Kərim Dünyamalı çıxış edərək Bəxtiyar Vahabzadənin 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsinin dilə gətirdiyini, şairin milli azadlıq hərəkatının öncüllərindən olduğunu deyib.
II Nügədi kənd orta məktəbinin müəllimi şair Abdulla Məmməd, Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələrindən Elşən Əhmədzadə və Nuray Acalova çıxış edərək Bəxtiyar Vahabzadə poeziyasının məziyyətlərindən, əsərlərinin mövzu dairəsinin zənginliyindən bəhs ediblər. Kitabxananın fəal oxucuları şairin şeirlərindən parçalar səsləndiriblər.
* * *
Ağsu rayon Mərkəzi kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə “Şeir gecəsi” keçirilib.
Fəal oxucuların, poeziya həvəskarlarının iştirak etdikləri tədbirdə Azərbaycan ədəbi mühitində xüsusi yeri olan görkəmli söz ustadının həyat və yaradıcılığı barədə söhbət açılıb. Vurğulanıb ki, 1943-cü ildə “Ana və şəkil“ adlı ilk şeiri ilə yaradıcılığa başlayan şairin poeziya nümunələrində, mənzum pyeslərində dövrün problemləri, narahat dünyamızın acıları lirik-fəlsəfi planda, özünəməxsus əlvan boyalarla təsvir edilib.
Gecədə şairin şeirlərindən nümunələr və poemalarından parçalar səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar