Prezident İlham Əliyev mayın 16-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında əsasnamənin və mərkəzin strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Tərcümə Mərkəzinin aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə Tərcümə Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının 16 may tarixli sərəncamı ilə Afaq Məsud qızı Vəliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib.