Qəbələdə növbəti mürəbbə festivalı keçiriləcək

Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq. Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdiyi festival UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək. Tədbirə qurumun prezidenti xanım Karmen de Padilla da qatılacaq.
Festivalda Azərbaycanın 20-dən çox bölgəsindən iştirakçılar mürəbbə bişirilməsi üzrə qabiliyyətlərini nümayiş etdirəcək. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Xatırladaq ki, Qəbələ şəhərində mürəbbə festivalı artıq üçüncü ildir ki, keçirilir. Ötən il avqustun 24-də təşkil olunan festivalda meyvələrdən hazırlanan ənənəvi mürəbbələrlə yanaşı, pomidor və badımcan tərəvəz məhsullarından mürəbbələr də maraqla qarşılanmışdı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar