Avqustun 21-də Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba regional mərkəzinin və rayon MKS-nin təşkilatçılığı ilə “Sülh aylığı” (21 avqust - 21 sentyabr) çərçivəsində “Bəşəriyyəti sülh xilas edəcək” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, 21 sentyabr tarixi dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.

İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev əlamətdar günün əhəmiyyətindən danışıb, yaşından, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsin sülhə ehtiyacı olduğunu söylədi.

Sonda iştirakçılar “Sülh aylığı” adlı sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar