Avqustun 25-də Ordubad şəhərində görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyinin açılışı olub.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib. Qeyd edilib ki, Məhəmməd Tağı Sidqi hər şeydən əvvəl böyük maarifçi idi. O, 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəblərinin əsasını qoymaqla mənsub olduğu xalq qarşısında tarixi xidmətlər göstərib, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını alıb.
Məhəmməd Tağı Sidqi mütəfəkkir şair və publisist kimi də böyük şöhrət qazanıb. Onun şeirlərində dövrün ən qabaqcıl ideyaları öz əksini tapıb. O, Naxçıvan teatrının inkişafı sahəsində də xidmətlər göstərib. Böyük maarifçi 1894-1899-cu illərdə Naxçıvanda “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə tamaşalar hazırlayıb, bu tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib.
Ziyalılar adından minnətdarlıq edən Ordubad şəhər sakini, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətinin araşdırılması, onun zəngin irsinin üzə çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra muzeyin ikimərtəbəli binasına baxış keçirilib. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Burada Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar