Ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində mədəniyyət müəssisələrində tədbirlər təşkil edilir. Sentyabrın 1-də Qubadlı rayon Mərkəzi kitabxanasında bu mövzuda dəyirmi masa keçirilib.
Tədbiri Qubadlı rayon MKS-nin direktoru Müşgünaz Muradova açaraq sülh aylığının 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunduğunu diqqətə çatdırıb, Azərbaycan dövlətinin dinc yanaşı yaşama və sülh prinsipləri əsasında apardığı uğurlu siyasətdən danışıb.
Gənclərdən Aynur Paşayeva, Günel Quluzadə mövzu haqqında fikirlərini bildiriblər. Ziba Kazımova, Əmrah Hüseynov, Eldar Hüseynov sülh aylığı ilə bağlı mədəniyyət işçilərinin apardığı təbliğat işlərindən söhbət açıblar. Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşən Qəhrəmanov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar