Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ləkətağ kənd mərkəzində xalq yaradıcılığı günü keçirilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Nizami Əzizəliyev çıxış edərək muxtar respublika Ali Məclisi sədrinin 2009-cu ildə imzaladığı müvafiq sərəncama əsasən, ənənə halı alan xalq yaradıcılığı günlərinin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikada bu sahədə bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin edilib.
Sonra Culfa şəhər, Əbrəqunus, Milax, Ərəfsə, Camaldın, Ləkətağ kənd mədəniyyət evlərinin “Buta”, “Ağ çiçəklər”, “Tənzərə”, “Lolo” folklor ansambllarının ifasında qədim xalq rəqsləri, xalq oyun və tamaşaları təqdim edilib, qədim milli musiqi alətlərimiz olan balabanda, zurnada, tütəkdə, sazda musiqi nömrələri səsləndirilib.
Tədbir iştirakçıları Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgiyə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar