Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində Qax rayonunun mədəniyyət müəssisələrində də tədbirlər təşkil edilir. “Mavi səma altında” keçirilən rəsm müsabiqəsi də bu qəbildəndir.
Tədbiri Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi D.Əzizova açaraq respublikada keçirilən “Sülh aylığı”nın əhəmiyyətini, məqsədini uşaqlara izah edib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Rayon uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsinin şagirdləri arasında keçirilən müsabiqədə uşaqlar sülhlə bağlı duyğularını asfalt üzərində həkk etdikləri rəsmlərlə ifadə ediblər. Müsabiqədə Ümid Məmmədov I, Mədinə Balacayeva II, Olya Nuraşvili III yeri tutublar. Qaliblərə və iştirakçılara Mədəniyyət və Turizm Şöbəsinin diplomları və xatirə hədiyyələri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar