Lənkəran Mədəniyyət Mərkəzinin yeni tədris ili ərəfəsində həyata keçirdiyi "Yurdum, yuvam, məskənimsən - Azərbaycanım!" adlı layihəyə “Addım” Gənclər Təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi qatılıb. Layihənin məqsədi milli-mədəniyyət nümunələrimizi təbliğ etmək və gənclərdə vətənpərvərlik hissini daha da gücləndirməkdir.
Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunun Nərimanabad qəsəbəsində və Şağlaser kəndində təşkil olunub. Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər.
Sonra Lənkəran Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı sakinlərə təqdim olunub. Konsert proqramı Azərbaycanı Bolqarıstanda keçirilən “Discovery İnternational Pop Festival”da təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə başa çatıb.
Tədbirdə orta məktəb şagirdlərinə dərs ləvazimatları və hədiyyələr verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar