Azərbaycanın tarixi qalaları içərisində Qəbələ qalası qədimliyi, tikilmə texnikası ilə seçilir. Qəbələ qalası qədim mənbələrdə adı iftixarla çəkilən ən güclü müdafiə tikililərindən biri olub.
Sentyabrın 1-də Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən dəyirmi masada tariximizin daş yaddaşı olan qalaların tanıdılması, öyrənilməsi, Qəbələ qalasının xüsusiyyətləri, burada aparılan tədqiqatlar barədə söz açılıb.
Bildirilib ki, rayona gələn xarici turistlər bu qalanın möhtəşəmliyi haqqında öz ürək sözlərini muzeyin rəy kitabına da qeyd edirlər. Muzeyin direktoru Xalis Məmmədov 1980-ci illərdə çəkdiyi fotomateriallardan və digər nümunələrdən ibarət kiçik bir ekspozisiya təşkil edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar