Muzeylər xalqımızın tarixinin, milli mənəvi dəyərlərinin qorunması və təbliği baxımından çox əhəmiyyətli məkanlardan biridir. Buna görə də muzey bələdçisi öz üzərində daim çalışmalı, ziyarətçilərə dolğun məlumatlar vermək üçün biliklərini zənginləşdirməlidir.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən muzey bələdçiləri üçün təcrübə məşğələsində səsləndirilib.
Tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, hazırda muxtar respublikada 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Muzeylərə xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Muxtar respublika Ali Məclisi sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı sərəncamdan sonra bu məkanlara ziyarətçi sayında artım müşahidə edilir. Bildirilib ki, seminarda əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına metodik kömək göstərməkdir.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, muxtar respublikanın Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Ekskursiya işinin ümumi əsasları”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Bələdçinin davranış qaydaları” mövzularında çıxış ediblər. Qeyd olunub ki, ekskursiya mətnləri hazırlanarkən elmi faktlara əsaslanmaq vacib məsələdir. Bələdçi ekskursiya apararkən etik qaydalara riayət etməli, maarifçilik işi gördüyünü unutmamalıdır.
Məşğələnin sonunda Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasına baxış olub, ekskursiya keçirilib. İngilis dilində aparılan ekskursiyada iştirakçıları maraqlandıran suallara cavab verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar