Azərbaycanda ilk dəfə olaraq Gəncədə salınan bulvar kompleksi ərazisində “Əli və Nino” heykəli ucaldılacaq. Hazırda abidənin beton-konstruksiya işləri görülür.
Abidənin memarı Cahid Həsənovun verdiyi məlumata görə, hündürlüyü 3,5 metr olacaq heykəl iki alovun yanması anlamını verəcək və ətrafında süni tüstü effektləri yaratmaqla iki gəncin sanki səmada uçmaları təsvir olunacaq. Bundan başqa, abidənin ətrafında göz yaşlarını xatırladacaq 3 fəvvarə də olacaq. Şərq üslubunda, lakin modern formada olacaq “Əli və Nino” heykəli maraqlı vizual görüntü yaradacaq.
Memar onu da diqqətə çatdırıb ki, azərbaycanlı və gürcü gənclərinin sevgisindən bəhs edən “Əli və Nino” mövzulu abidə indiyədək Gürcüstanda və Fransada ucaldılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar