Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində növbəti təqdimat ünvanı Şəmkir rayonudur.
Tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə sentyabrın 21-də saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.
Qeyd edək ki, 2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy və İsmayıllı rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. İlin sonunadək Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə həsr edilən tədbirlərin təşkili nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar