Sentyabrın 17-də Kürdəmir və Ağsu rayonlarına səfər edən Prezident İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə də tanış olub.

Muzey Kürdəmir şəhərindəki Qələbə parkında yerləşir. Parkda İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirəsini əbədiləşdirən abidə də yenidən qurulub.
Keçmişimizə həssas münasibət dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin bərpası yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikintisi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Bu proses ölkənin bütün regionlarını əhatə edir. Kürdəmirdəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də bölgənin tarixini əks etdirən çoxlu sayda eksponat var.
Muzey 33 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və 627 eksponatla fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən maddi-mədəniyyət mərkəzi tamamilə yenilənib və eksponatları zənginləşdirilib, ümumi sahəsi 400 kvadratmetrə çatdırılıb. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. Mədəniyyət ocağının mövzu-ekspozisiyası 4 salonda 7 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar