Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə sentyabrın 21-də Göygöl rayonunda, sentyabrın 22-də Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə, ayın 23-də isə Samux rayonunda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, gənc ifaçıların əhali ilə görüşləri keçiriləcək.
Tədbirlər regionlarda əhalinin sənət adamları ilə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyır. Yaradıcılıq görüşlərində respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Teyyub Aslanov, Azad Şükürov və digər sənətçilərin çıxışları nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar