Sentyabrın 14-də Sabirabad rayon Mərkəzi kitabxanasında Qarabağ müharibəsi əlilləri ilə görüş keçirildi. Görüşdə rayon Veteranlar şurasının sədri Faiq Hüseynov və 9 nəfər müharibə əlili iştirak edirdi. Tədbirə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəlliməsi, şairə İradə Əlili qatılmışdı. O, Qarabağda vuruşan sabirabadlılar haqqında “Vətənin cəsur döyüşçüləri” kitabını yazır.
Tədbiri MKS-nin direktoru Eldar Urufov açaraq Azərbaycanın 1988-ci ildən cəlb olunduğu müharibədən, torpaqlarımızın erməni təcavüzünə məruz qalmasından və bu savaşda vətən övladlarının igidliyindən geniş danışdı.
Şairə İradə Əlili çıxışında igid döyüşçülərimizin bizim fəxr və qürur yerimiz olduğunu bildirdi, onların qəhrəmanlıq yolundan söz açdı.
Sabirabadlı ilk Milli Qəhrəman Mübariz Əhmədov haqqında kitabxanaçı Samirə Abbasova məruzə etdi. Milli Qəhrəmanla bir yerdə vuruşan Veteranlar Şurasının sədr müavini Amil Hümbətov döyüş təəssüratlarını xatırlatdı.
MKS-nin direktor müavini Nəzakət Salmanova şəhid ailələri ilə keçirilən görüşlərdən bəhs etdi. Vurğulandı ki, qəhrəmanlar heç vaxt unudulmur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar