Sentyabrın 13-də İ.Nakam adına Şəki şəhər Mərkəzi kitabxanasında “Dünyaya sülh gərəkdir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda şair Şahid Məmmədkərimovun “21 sentyabr Beynəlxalq Sülh Günüdür” adlı məruzəsi dinlənildi. Qeyd olundu ki, BMT tərəfindən 1981-ci ildə təsis edilən əlamətdar gün təşkilatın Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü” sözləri yazılıb.
Kitabxananın fəal oxucusu M.Nağıyev bildirdi ki, bu əlamətdar gün nəinki xalqlar arasında, həmçinin cəmiyyətdə, ailələrdə zorakılığa qarşı mübarizə baxımından önəm daşıyır.
Tədbirin sonunda “Dünyaya sülh gərəkdir” adlı sərgiyə baxış keçirildi.

Dilbər Yaqublu,
Şəki şəhər Mərkəzi kitabxanasının bölmə müdiri

* * *
Balakən rayon Mərkəzi kitabxanasında 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib. Rayon MKS-nin direktor müavini Mehriban Çuxova çıxış edərək bildirdi ki, sülh hər bir cəmiyyətin, ümumilikdə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Sülh olmayan yerdə xeyir-bərəkət olmur, xoşbəxt və firavan həyat arzu olaraq qalır, mənəviyyata böyük zərbə dəyir.
Qeyd olundu ki, Azərbaycan xalqı hər zaman sülhsevərliyi ilə tanınıb. Ermənistan silahlı qüvvələri öz havadarlarına arxalanaraq Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Düşmən dövlətin mənfur siyasəti Qafqaz regionunda sabitlik, əmin-amanlıq yaratmağa imkan vermir. Super dövlətlər isə Ermənistanın işğalçılıq siyasətinə hələ də göz yumur. Azərbaycan dövləti bu münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün mümkün olan bütün səyləri göstərir.
Tədbirdə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP rayon gənclər birliyinin sədri Sərxan Hacıyev, Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Sevda Yusibova , rayon İcra Hakimiyyətinin nümayəndəsi Zemfira Mustafayeva və başqalarının çıxışları maraqla qarşılandı.

Zeynəddin Həsənli,
“Balakən” qəzetinin məsul katibi








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar