Mədəniyyət və Turizm Nazirliyinin 29 aprel 2015-ci il tarixli əmri ilə respublikanın 54 rayonunda mədəniyyət mərkəzlərinin yaradılmasına və bu istiqamətdə islahatların aparılmasına start verilmişdir. Layihənin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin öyrənilməsi, təbliği, əhalinin asudə vaxtının təşkili və digər profillər üzrə fəaliyyət göstərəcək şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarının işinə ziyalıları, incəsənət xadimlərini cəlb edərək mədəni həyatın daha da canlandırılmasını təmin etməkdir.
İslahatlar Saatlı rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə rayon Mədəniyyət və Turizm Şöbəsində mədəniyyət sahəsində uzunillik iş təcrübəsi olan kadrlardan ibarət üç işçi qrupu yaradılmışdır.
Mədəniyyət mərkəzinin filialları qismində fəaliyyət göstərən klub müəssisələrində profilləşdirilmə aparılır. İlkin mərhələdə klub müəssisələrinin üçdəbiri profilləşdirilmişdir. Fəaliyyətdə olan dərnəklərə dair 59 stend və guşə hazırlanmışdır.
Mərkəzin və onun filiallarının işçiləri mütəmadi olaraq Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinə ezam olunurlar. Burada onlara Azərbaycan mədəniyyətində gedən inkişaf, qəbul olunmuş yeni qanunlar və onların praktik işə tətbiqi öyrədilir.
Facebook sosial şəbəkəsində “Saatlı rayon Mədəniyyət Mərkəzi” səhifəsi yaradılmış və keçirilən tədbirlər barədə operativ məlumatlar orada yerləşdirilir. Gələcəkdə mərkəzin saytının yaradılması da planlaşdırılır.

Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət mərkəzinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar