Sentyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göygöl şəhərində respublikanın tanınmış incəsənət ustalarının kənd əhalisi ilə yaradıcılıq görüşü keçirilib.
Konsert proqramında xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, Cəmilə Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, gənc estrada müğənnisi Vüsalə Əsgərova, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev tamaşaçılara rəngarəng musiqi nömrələri təqdim ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bu cür tədbirlərin bölgələrin mədəni həyatında mühüm hadisə olduğunu qeyd edib, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar