Sentyabrın 24-də Füzuli rayonu Aşağı Alıxanlı kənd klubunun “Qarabağ” ansamblı Qurban bayramı münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlayan konsert “Cəngi”, “Misri”, “Azərbaycan əsgəri”, “Qarabağ şikəstəsi” kimi vətənpərvər ovqatlı musiqilərlə davam edib.
Ansamblın solisti Bağman Musayevin ifasında ritmik muğam parçaları və təsniflər əsgərlərin ürəyincə olub. Yazıcılar Birliyinin üzvü, “Qarabağ” instrumental ansamblının rəhbəri, şair-publisist Kərəm Salahoğlunun oxuduğu vətənpərvərlik mövzulu şeirlər hərbçilərimizin əhval-ruhiyyəsinə rəng qatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar