Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2015-ci il üzrə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilən Şamaxıda silsilə tədbirlər davam edir. Rayon Mərkəzi kitabxanasında “Məhəmməd Hadi filosof şair kimi” mövzusunda dəyirmi masa keçirilib.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rəfail Tağızadə çıxış edərək bildirib ki, XIX əsr və XX əsrin əvvəllərində Şamaxının çox zəngin ədəbi mühiti olub. Həmin dövrdə Məhəmməd Səfa, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və Şamaxının başqa nadir istedadları Azərbaycan ədəbiyyatına incilər bəxş ediblər.
Şamaxı şəhər 9 saylı orta məktəbin ədəbiyyat müəllimi Pərviz Maqsudov şairin yaradıcılığından söz açıb. Qeyd edib ki, M.Hadi romantik şair adlandıranlar səhv etmirlər. Ancaq bu romantizm kor-koranə xülyalar və utopiyalar yığınından ibarət deyil. Onun özünəməxsus realizm baxışları var. Hadi nəsihət xarakterli şeirləri ilə insanlara müraciət edir. O, əqidənin saflığı və amalın düzgünlüyü məsələsinə önəm verirdi.
Rayon MKS-nin direktoru Ərəstun Xələfov, baş metodist Hicran Məmmədova mövzu ilə bağlı çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar