Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə bağlı bölgələrdə müxtəlif tədbirlər keçirilir, sərgilər, musiqili proqramlar təşkil olunur, böyük bəstəkarın mədəniyyət tariximizdə misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə “Bəstəkar və şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda Azərbaycan professional musiqisinin banisi Üzeyir bəyin musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb. Tədbir çərçivəsində “Üzeyir Hacıbəyli - 130” başlıqlı sərgi nümayiş etdirilib. Sonda böyük bəstəkarın əsərləri səsləndirilib.
* * *
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində də mərasim keçirilib. “Sənsiz olmadıq” adlı ədəbi-bədii gecə ölməz bəstəkarın “Sənsiz” romansı ilə başlayıb.
Mədəniyyət mərkəzində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq teatrının həvəskar aktyorları tərəfindən “Leyli və Məcnun” operasından, “Ər və arvad” operettasından, “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarından parçalar təqdim olunub, mahnılar səsləndirilib. Nümayiş etdirilən səhnələr tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda dahi bəstəkara həsr olunmuş videoçarx göstərilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar