Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin memarlıq ixtisası tələbələrinin Əlincəqala tarixi abidəsinə gəzintisi təşkil olunub.
Əvvəlcə tələbələr burada aparılan bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə imzaladığı müvafiq sərəncamla Əlincəqalada bərpa işləri davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev qeyd edib ki, Əlincəqala qədim mənbələrdə müxtəlif adlarla qeyd olunur. Bu gün tədqiqatçılar Əlincəqalanın adını qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır.
Qədim tarixi mənbələrə görə, qala 2 min il əvvəl tikilib. Digər tarixçilərə görə, qala III-IV əsrlərdə Sasani dövlətinin vaxtında tikilib. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Əlincəqala, əsasən, üç geniş sahədən - şimal, şimal-qərb və cənub-qərb sahələrindən ibarətdir. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Qalanın üzərində müxtəlif yerlərdə 10-dan artıq hovuz qazılıb və daşların üzərində müxtəlif rəsmlər həkk olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar