Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhər (rayon) mədəniyyət mərkəzlərinin fəaliyyətinin təşkili, bu sahədə islahatların operativ və səmərəli təşkili məqsədilə səyyar regional seminarlar keçirilir.
Oktyabrın 5-də Abşeron rayon Mədəniyyət Mərkəzində Sumqayıt şəhər, Abşeron, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarının, oktyabrın 7-də isə Şirvan şəhər Mədəniyyət Mərkəzində Şirvan, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Salyan, Biləsuvar, Neftçala mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminarlar təşkil edilib.
Nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən keçirilmiş səyyar seminarlarda məlumat, davamiyyət və qeydiyyat kitablarının şəhər (rayon) mədəniyyət mərkəzi tərəfindən tərtibi qaydaları və islahatlara dair digər mövzular barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran məsələlər izah edilib.
Səyyar seminarların respublikanın digər rayonlarında da keçirilməsi planlaşdırılır.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar