Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub. Rayon rəhbərliyi ilə görüşdən sonra qonaq Heydər Əliyev Mərkəzinə baş çəkib, ulu öndərin həyat və fəaliyyətini, eyni zamanda Astaraya səfərlərini əks etdirən fotolardan ibarət sərgiyə baxıb.
Sonra diplomat rayon MKS-nin fəaliyyəti ilə tanış olub. Direktor Tural Eyvazov kitabxananın şöbələri haqqında qonağa geniş məlumat verib. Cənubi Amerika yazıçılarının kitablarından ibarət sərgi qonağın daha çox diqqətini çəkib, o, dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin Azərbaycan dilinə tərcümə olunmuş kitablarına maraqla baxıb. Kitabxanada Kolumbiya səfirliyinin köməyi ilə sərgilərin və kolumbiyalı yazıçıların kitablarının təqdimatının keçirilməsi təklif olunub.
Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının şöbə müdiri