Oktyabrın 9-da Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında Əməkdar incəsənət xadimi, şair Həmid Abbasın anadan olmasının 80 illiyinə həsr olunmuş “Yurduna vurğun şair” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı Həmid Abbasın ədəbiyyatımızda, poeziyamızda öz dəst-xətti olan, vətəninə, soykökünə bağlı vətəndaş şair olduğunu qeyd edib. Metodika-biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova şairin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib.
Məktəblilər müəllifin şeirlərini səsləndiriblər. Şəhər 2 saylı musiqi məktəbinin şagirdləri şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Sonda iştirakçılar “Yurduna vurğun şair” adlı sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar